İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib
Far.Az xəbər saytı

İbrahim Kalın Əhməd əş-Şaraa ilə regiondakı son hadisələri müzakirə edib


Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, İbrahim Kalın Suriya paytaxtında ölkə Prezidenti Əhməd əş-Şəraa ilə görüşüb.

Görüşdə regiondakı son hadisələr, eləcə də iki ölkə arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi yolları müzakirə edilib.

Qeyd olunur ki, görüşdə həmçinin Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani və ölkənin Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Əl-Səlamə də iştirak edib.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş - TƏHLİL
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər