Ağakərim Səmədzadə: Bakı və Sumqayıtda iqlimə davamlılıq üçün praktiki tədbirlər planlaşdırılır
Azərbaycanda prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sisteminin inkişafıdır.
"Far.Az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.
A.Səmədzadə qeyd edib ki, qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan insanlar iqlim dəyişikliyinə ən həssas qruplardandır, həmin insanlar istilik dalğaları, daşqınlar, su qıtlığı və digər risklərə daha çox məruz qalırlar:
" Buna görə də belə məntəqələrin təkmilləşdirilməsi prosesinə iqlim adaptasiya tədbirləri də daxil edilməlidir. Bu o deməkdir ki, insanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha sabit çıxış əldə etməli və daha yaxşı infrastrukturdən faydalanmalıdırlar".
Onun fikrincə, Azərbaycanda əsas prioritetlərdən biri çoxriskli erkən xəbərdarlıq sisteminin inkişafıdır:
"Bu, BMT Baş Katibinin "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsü ilə də uyğunluq təşkil edir. Əsas ideya sadədir: iqlimə davamlılıq hər kəsi, xüsusilə də həssas icmaları əhatə etməlidir. Bakı və Sumqayıt kimi şəhərlərdə praktiki tədbirlərə daha çox yaşıllıq sahələrinin yaradılması, ağac əkilməsi, kölgəli ictimai məkanların salınması, enerji səmərəli binalar, daha yaxşı izolyasiya və suya qənaət sistemləri daxil ola bilər. Bu həllər istiliyi azaldır, hava keyfiyyətini yaxşılaşdırır, daşqın risklərini azaldır və şəhər həyatını daha sağlam və rahat edir".
Nazirin I müavini deyib ki, maliyyə resurslarının məhdudluğunu nəzərə alaraq, Azərbaycan aşağı xərcli, lakin yüksək təsirli həllərə fokuslanmalıdır:
"Bunlara yaşıl ictimai məkanlar, suyun səmərəli istifadəsi, binaların izolyasiyasının yaxşılaşdırılması və icma əsaslı şəhər planlaşdırması daxildir. Bu tədbirlər eyni zamanda həm iqlim adaptasiyasını dəstəkləyə, emissiyaları azalda, həm də sosial dayanıqlılığı gücləndirə bilər".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb
-
İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
-
Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb













