Azərbaycandakı yeganə əqrəb fermasından REPORTAJ - Zəhərləri necə istifadə olunur?
Far.Az xəbər saytı

Azərbaycandakı yeganə əqrəb fermasından REPORTAJ - Zəhərləri necə istifadə olunur?


Baku TV Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ölkədəki yeganə əqrəb ferması ilə bağlı reportaj hazırlayıb.

Burada əqrəblər xüsusi üsullarla yetişdirilir, zəhərləri isə laboratoriya şəraitində toplanaraq satışa çıxarılır.

Fermanın işçilərindən Bayram Babayev bildirib ki, hər 15-17 gündən bir sağma aparılır və zəhər əldə edilir.

"Onların qidası un qurdudur, onu da biz özümüz yetişdiririk. Temperatur 26 dərəcə olmalıdır, yay-qış fərq etmir. Əqrəblər qaranlıqda qalmağı sevir və onlar Naxçıvan ərazisindən toplanıb", - deyə o bildirib.

Qeyd edək ki, əqrəblər əsasən zəhər məqsədilə yetişdirilir və bu maddə tibb və kosmetologiyada son dərəcə qiymətli xammal hesab olunur. Əqrəb zəhəri güclü ağrıkəsici, antibiotik və xərçəng əleyhinə xüsusiyyətlərə malikdir. Məlumatlara görə, bir litr əqrəb zəhərinin bazar qiyməti təxminən 10 milyon dollardır.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər