Mərakeşdə binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Mərakeşdə binanın çökməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB


Mərakeşin şimalındakı Fəs şəhərində yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 14-ə yüksəlib.

"Far.Az" xəbər verir ki, bu barədə tibb işçilərinə istinadən yerli "Hespress" portalı məlumat yayıb.

Tibb xidmətlərinin nümayəndələri həmçinin altı nəfərin xəsarət aldığını, onlardan bəzilərinin vəziyyətinin kritik qiymətləndirildiyini bildiriblər.

Ölənlərin meyitləri, eləcə də xəsarət alanlar regional şəhər xəstəxanasına və II Həsən Universitet Klinikasına göndərilib.

Mərakeşin Fəs şəhərində binanın çökməsi nəticəsində 11 nəfər həlak olub, altı nəfər xəsarət alıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Saba" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, dördmərtəbəli bina gecə saatlarında çöküb. Xilasetmə xidmətləri dağıntıların təmizlənməsini və itkin düşənlərin axtarışını davam etdirir.

Səlahiyyətlilər binanın çökmə səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar, konstruksiya qaydalarının pozulması və binanın köhnəlməsi versiyaları nəzərdən keçirilir.

Hadisə ərazisində əlavə çökmə riski qaldığı üçün təhlükəsizlik məqsədilə qonşu evlərin sakinlərinin müvəqqəti təxliyəyəsinə qərar verilib.

Oxşar xəbərlər

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər