Koşta: Avropa və Meksika BMT-də islahat aparılmasında müttəfiq ola bilər
Avropa İttifaqı (Aİ) ölkələri və Meksika BMT-də islahat aparılmasında mühüm müttəfiqlər ola bilər.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sədri Antonio Koşta Meksika Senatında Aİ ilə ikitərəfli sammit ərəfəsində çıxışı zamanı deyib.
"Biz BMT-ni daha yaxşı qorumaq üçün onu dəyişməliyik, lakin heç vaxt BMT-nin beynəlxalq xaos boşluğu ilə əvəz olunmasına yol verməməliyik", - o əlavə edib.
Onun sözlərinə görə, çoxtərəfli institutlar "daha plüralist və mürəkkəb beynəlxalq reallığa" uyğunlaşmalıdır, çünki dünya artıq 1945-ci ildəki kimi deyil. Koşta vurğulayıb ki, dünyada beynəlxalq institutların və İkinci Dünya müharibəsindən sonra qurulmuş dünya nizamının böhranı güclənir. O hesab edir ki, bu şəraitdə bir çoxlarının cəngəllik qanununa qayıdışı proqnozlaşdırması təəccüblü deyil.
"Aİ qlobal dəyişikliklər və qeyri-müəyyənlik fonunda Meksika ilə əməkdaşlığı gücləndirməyi nəzərdə tutur", - Koşta qeyd edib.
Onun sözlərinə görə, Aİ-Meksika sammitində strateji tərəfdaşlıq haqqında saziş, eləcə də ilkin ticarət sazişi imzalanacaq. Yenilənmiş saziş "Avropa və Meksika arasında yeni körpü" olacaq və təhlükəsizlik, miqrasiya, ekologiya, rəqəmsal və enerji keçidi sahələrində ticarət, investisiya və əməkdaşlığı genişləndirməyə imkan verəcək.
Koşta qeyd edib ki, Aİ Meksikaya, o cümlədən təmiz energetika, rəqəmsallaşma, dayanıqlı infrastruktur və texnoloji sənaye sahələrində investisiyaları artırmaq niyyətindədir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb













