İran Hörmüz boğazı vasitəsilə Fars körfəzində təhlükəsizliyi təmin etmək istəyir
Far.Az xəbər saytı

İran Hörmüz boğazı vasitəsilə Fars körfəzində təhlükəsizliyi təmin etmək istəyir


İran Hörmüz boğazının idarə edilməsi sayəsində Fars körfəzi regionunun təhlükəsizliyini təmin edəcək və bu strateji su yolunda sui-istifadə hallarının qarşısı alınacaq.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İranın Hörmüz boğazı üzərində dəniz nəzarətini və gəmilərin keçidini tənzimləmək üçün yaratdığı Fars Körfəzi Boğazı İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, yeni quruma hərbi dəstək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri tərəfindən göstərilir.

Daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bildirib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər