Fatma Yıldırım: WUF13 təşəbbüsləri dayanıqlı gələcəyə töhfə verəcək
Far.Az xəbər saytı

Fatma Yıldırım: WUF13 təşəbbüsləri dayanıqlı gələcəyə töhfə verəcək


Zəngin tarixi irsin, müasir memarlığın, milli ənənələrin və qlobal innovasiyaların ahəngdar şəkildə birləşdiyi bir şəhər olan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirilməsi xüsusi rəmzi məna daşıyır.

"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım Bakıda WUF13 çərçivəsində MDB Parlamentlərarası Assambleyasında bildirib.

"Bu gün dünya dövlətlərdən şəhərlərin inkişafına tamamilə yeni yanaşmalar tələb edən urbanizasiya, iqlim dəyişikliyi, miqrasiya prosesləri, ekoloji təhlükəsizlik və sosial bərabərsizliklə bağlı yeni qlobal çağırışlarla üzləşir. Məhz buna görə də WUF13 kimi beynəlxalq platformalar təcrübə mübadiləsi, birgə qərarların qəbulu və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün müstəsna əhəmiyyət kəsb edir", - deputat bildirib.

F.Yıldırım xatırladıb ki, Azərbaycan artıq dəfələrlə beynəlxalq dialoq və əməkdaşlıq üçün platforma olub və "bugünkü forum ölkənin qlobal gündəlikdə artan rolunu bir daha təsdiqləyir:

"Əminəm ki, WUF13 çərçivəsində müzakirə olunan ideya və təşəbbüslər beynəlxalq tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək və gələcək nəsillər üçün daha dayanıqlı, ədalətli və təhlükəsiz dünyanın formalaşmasına kömək edəcək".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər