Azərbaycan neft məhsullarının ixracından qazancını 3 dəfədən çox artırıb
Far.Az xəbər saytı

Azərbaycan neft məhsullarının ixracından qazancını 3 dəfədən çox artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 298 min 524,62 ton həcmində neft məhsulları ixrac edib.

"Report"un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 244 milyon 417,46 min ABŞ dolları təşkil edib.

İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 86,13 %, dəyəri isə 3,4 dəfə çoxdur.

Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,06 % olub.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 35,2 % artıb, idxal isə 32,1 % azalıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan meyvə-tərəvəz ixracında 5 ilin ən yüksək göstəricisinə çatdı - STATİSTİKA
Azərbaycan regionda müsbət saldo saxlayan yeganə ölkədir
Azərbaycanın MDB ölkələrinə ixracı 14 %-ə yaxın artıb, idxalı isə 52 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər