İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
İngiltərədə azyaşlı qızlara qarşı illərlə davam edən cinsi istismar işi üzrə 20 nəfər ümumilikdə 277 il azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, hadisələr əsasən 1995–2003-cü illər arasında Vest Yorkşir bölgəsinin Dyuzeberi və Beytli şəhərlərində baş verib. Qurbanlardan birinin istismar olunduğu vaxt 12 yaşında olduğu bildirilib.
Məhkəmə sənədlərinə əsasən, təqsirləndirilən şəxslər zorlamalar, cinsi zorakılıq, narkotik vasitələrin verilməsi və məcburi fahişəlik kimi ağır cinayətlərdə təqsirli biliniblər.
Bəzi şəxslərə 28 ilə qədər həbs cəzası verilib. Ən ağır cəza alanlardan biri beş zorlama və üç cinsi zorakılıq ittihamı üzrə 28 il həbsə məhkum edilən Sajid Majid olub.
İş üzrə 87 yaşlı İbrahim Xəlifə də iki zorlama ittihamı ilə 11 il azadlıqdan məhrum edilib. Qadın təqsirləndirilən şəxslərdən biri isə fahişəliyin təşkilinə görə 3 il həbs cəzası alıb.
Polis istintaqı "müdafiəsiz uşaqlara qarşı dəhşətli istismar işi" kimi qiymətləndirib və qurbanların cəsarətinin işin açılmasında həlledici rol oynadığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir aqropark yaradılıb
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Ağakərim Səmədzadə: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi ekoloji təhlükəyə çevrilib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Ekspert: "Şəhərsalmada səhiyyə məsələsi yetərincə nəzərə alınmır"
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2













