Alimlər diabet riskini azaldan yeni qidalanma üsulu hazırlayıblar
Far.Az xəbər saytı

Alimlər diabet riskini azaldan yeni qidalanma üsulu hazırlayıblar


İspan alimlər müəyyən ediblər ki, Aralıq dənizi pəhrizi fiziki aktivlik və kalorinin azaldılması ilə birlikdə tətbiq olunduqda 2-ci tip diabet riskini əhəmiyyətli dərəcədə azaldır.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Annals of Internal Medicine" jurnalında dərc olunub.

Tədqiqat Avropanın ən böyük qidalanma layihələrindən biri olan "PREDIMED-Plus" proqramı çərçivəsində aparılıb. Araşdırmada 55-75 yaş aralığında artıq çəki və ya piylənmədən əziyyət çəkən 4746 nəfər iştirak edib.

İştirakçılar iki qrupa bölünüb. Birinci qrup aşağı kalorili Aralıq dənizi pəhrizi ilə yanaşı müntəzəm fiziki aktivlik və mütəxəssis dəstəyi alıb. Digər qrup isə adi Aralıq dənizi pəhrizinə riayət edib.

Altı illik müşahidə nəticəsində müəyyən olunub ki, birinci qrupda diabetə tutulma riski 31 faiz daha az olub. Həmin şəxslər orta hesabla 3,3 kiloqram çəki itirib və bel ətrafında incəlmə müşahidə olunub.

Alimlər bildiriblər ki, bu yanaşma ciddi məhdudiyyətlər tələb etmir və gündəlik həyatda asanlıqla tətbiq oluna bilər.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər