Ermənistanda deputatlığa namizəd Tevanyan barəsində cinayət işi açılıb
Ermənistanın İstintaq Komitəsi "Çiçəklənən Ermənistan" Partiyasından deputatlığa namizəd Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi başladıb.
"Far.Az" xəbər verir ki, bu barədə komitənin "Facebook" sosial şəbəkəsində yaydığı bəyanatda deyilir.
Qurumun iddiasına görə, "Ermənistan" blokunun seçki siyahısına daxil edilmiş Tevanyan 2024-cü ildə xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınıb. İddia olunur ki, o, casusluq edib, eləcə də dövlət sirri təşkil edən məlumatları "xüsusilə külli miqdarda - 622 min ABŞ dolları məbləğində mükafat müqabilində" ötürüb.
Qeyd olunur ki, ötürülən məlumatlar 2024-cü ilin aprelində parlamentin qapalı, məxfi iclasında keçirilmiş dinləmələrin gedişatı və nəticələrinə aid olub. Əldə edilmiş məlumatlar əsasında komitədə dövlətə xəyanət və casusluq maddələri üzrə cinayət işi başlanıb.
Bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
İdarə rəisi: Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır
-
Bakıda nəqliyyat axınının optimallaşdırılması üçün görüləcək işlər açıqlanıb
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb













