ABŞ İranla müharibədə nə qədər "MQ-9 Reaper" dronunu itirib?
Far.Az xəbər saytı

ABŞ İranla müharibədə nə qədər "MQ-9 Reaper" dronunu itirib?


ABŞ ordusunun İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ciddi pilotsuz uçuş aparatı itkisi verdiyi bildirilir.

Far.Az "Bloomberg"ə istinadən xəbər verir ki, əməliyyatlar başlayandan bəri Vaşinqtonun arsenalında olan "MQ-9 Reaper" tipli dronların təxminən 20 faizi məhv edilib.

Qeyd edilir ki, İran qüvvələri ümumilikdə 20-dən çox "MQ-9 Reaper" pilotsuz aparatını vurub. Bu göstərici Pentaqonun müharibədən əvvəlki ehtiyatlarının əhəmiyyətli hissəsini təşkil edir.

Qeyd edək ki, "MQ-9 Reaper" dronları kəşfiyyat və hücum missiyaları üçün istifadə olunur. Güclü müşahidə sistemləri ilə təchiz edilən bu aparatların "Hellfire" raketləri və JDAM tipli idarəolunan bombalar daşımaq imkanına malik olduğu vurğulanır.

Məlumatlara əsasən, bir dronun dəyəri 30 milyon dollara qədər dəyişir. Ümumi maddi ziyanın isə 1 milyard dollara yaxınlaşdığı ehtimal edilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər