Assosiasiya: Dayanıqlı şəhərlərin inkişafında dövlət-özəl sektor əməkdaşlığı vacibdir
Dayanıqlı şəhərlərin inkişafında dövlət və özəl sektor əməkdaşlığı vacibdir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin üzvü Orxan Çobanzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Özəl sektor davamlı şəhərlərin inkişafının aparıcı qüvvəsi kimi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda dayanıqlı şəhərlərin qurulması yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmamalıdır: "Bu prosesdə insan faktoru daha önəmli rol oynayır. İnsanların sosial məsuliyyəti, xidmət səviyyəsinin ölçülməsi, rifah halının yaxşılaşdırılması kimi məsələlər də əsas prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə dövlət planlama və strategiya hazırlayır. Lakin özəl sektorun üzərinə düşən vəzifələr də kifayət qədər böyükdür. Burada əsas məqsəd yeni innovasiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması və müxtəlif sahələrdə insanların rifah səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsidir".
"Ümumiyyətlə, özəl sektorun bir neçə əsas məsuliyyəti ön plana çıxır. Bunlardan biri innovativ yanaşmaların tətbiqidir. Bu, həm yeni iş yerlərinin yaradılması, həm də insanların məşğulluğunun təmin olunması baxımından vacibdir. Digər mühüm məsələ yeniliklərə açıq olmaqdır. Dövlət müəyyən strategiya və planlar hazırlasa da, onların tətbiqində özəl sektorun fəal iştirakı vacibdir. Məsələn, alternativ enerji sistemlərindən istifadə, binaların dayanıqlılıq standartlarına uyğun inşası və şəhər infrastrukturunun müasir tələblərə cavab verməsi mühüm məsələlərdəndir. Son dövrlərdə müşahidə olunan yağış suları, kanalizasiya və tullantı sistemləri ilə bağlı problemlər də göstərir ki, bu sahədə özəl sektorun üzərinə böyük məsuliyyət düşür. Özəl sektor hansı problemlərin necə həll edilməli olduğunu araşdırmalı, dövlətə təkliflər təqdim etməli və bütün bu yanaşmalarda dövlətlə əməkdaşlıq şəraitində fəaliyyət göstərməlidir", - deyə O.Çobanzadə əlavə edib.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
-
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
Dövlət Komitəsi: Şəhərlərdə yeni "yaşıl dəhliz"lərin yaradılması nəzərdə tutulur
-
Anar Vəliyev: "Şəhər planlaşdırmasında psixoloji rifah faktoru öndə olmalıdır"
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"













