OpenAI 80 illik riyaziyyat problemini HƏLL ETDİ
Far.Az xəbər saytı

OpenAI 80 illik riyaziyyat problemini HƏLL ETDİ


OpenAI hazırladığı süni intellekt modelinin 80 illik riyaziyyat problemini həll etdiyini bildirib.

Far.Az xəbər verir ki, söhbət macar riyaziyyatçısı Paul Erdos tərəfindən 1946-cı ildə irəli sürülən "müstəvi vahid məsafə problemi"ndən gedir. Problem müəyyən sayda nöqtə arasında eyni məsafədə yerləşən cütlərin maksimum sayının hesablanması ilə bağlıdır.

Şirkətin açıqlamasına görə, süni intellekt klassik "kvadrat şəbəkə" yanaşmasını geridə qoyan yeni düzülüş modeli aşkar edib və bununla da Erdősün irəli sürdüyü nəzəri həddin yetərli olmadığını göstərib.

OpenAI vurğulayıb ki, nəticə xüsusi riyaziyyat sistemi deyil, ümumi məntiq yürütmə modeli vasitəsilə əldə olunub. Araşdırma bir sıra tanınmış riyaziyyatçılar, o cümlədən Thomas Bloom və Tim Gowers tərəfindən təsdiqlənib.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər