Nazir: "İyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək"
Far.Az xəbər saytı

Nazir: "İyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək"


"Hazırda Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Şəhərsalma planlaşdırılmasında iqlim hədəflərinə nail olmaq üçün Strateji Ekoloji Qiymətləndirmə bir alət kimi" adlı tədbirdə çıxışında deyib.

"2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri İclasının 29-cu sessiyasına - COP29-a uğurla ev sahibliyi etdi. COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi. Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək. Növbəti COP31 Konfransına ev sahibliyi edəcək qardaş Türkiyəyə uğurlar arzulayırıq. Həmçinin, bu ilin 5 iyun tarixində Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Biz dünya ictimaiyyətini "Təbiətdən ilhamlanaraq: İqlim naminə, gələcəyimiz naminə" şüarı altında fəaliyyətə səsləyirik", - R. İsmayılov əlavə edib.

Oxşar xəbərlər

Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər