"Bakı Fəaliyyətə Çağırış"da innovativ WUF13-ə görə Azərbaycana təşəkkür edilib
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyət Çağırış"da WUF tarixində ən böyük və ən innovativ forumlardan birinin keçirilməsinə görə Azərbaycan hökumətinə xüsusi minnətdarlıq ifadə olunub.
"Far.Az" xəbər verir ki, sənəddə "Bakı Fəaliyyət Çağırış"ın WUF13 ərəfəsində aparılmış aylarla davam edən işin və maraqlı tərəflərlə geniş məsləhətləşmələrin nəticəsi olduğu vurğulanır.
Sənədin müəllifləri əldə olunmuş tərəqqini qeyd ediblər və varisliyi, eləcə də hesabatlılığı təmin etmək məqsədilə bütün maraqlı tərəflərlə strukturlaşdırılmış qarşılıqlı əlaqə mexanizminin dəstəyi ilə həm forumdan əvvəl, həm də sonra məsləhətləşmələr keçirməklə bu cür təcrübəni bütün WUF dövrü üçün standart hala gətirməyə çağırıblar.
"Biz 176 ölkədən 58 mindən çox insanın iştirakı ilə keçirilən və bununla da onu bugünkü günə qədərki ən böyük WUF forumuna çevirən yenilikçi WUF13-ə ev sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - sənəddə qeyd olunub.
Bildirilib ki, tarixdə ilk dəfə olaraq ev sahibi olan ölkənin təşəbbüsü ilə Liderlərin Bəyanatları Sammitində 27 dövlət və hökumət başçısı iştirak edib.
Bundan əlavə, tədbirdə yüzdən çox nazir, BMT Baş katibinin müavini və digər yüksəkvəzifəli nümayəndələr iştirak ediblər.
Sənəddə WUF13-ün əsas yenilikləri sırasında Bakı Şəhər Mükafatı, Biznes və İnnovasiyalar Mərkəzi, WUF Akademiyasının kampusu və Təcrübələr Habı qeyd edilib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək













