ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
Far.Az xəbər saytı

ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq


ABŞ-nin milli kəşfiyyatının direktoru Tulsi Qabbard vəzifəsindən ayrılmazdan əvvəl bir neçə səs-küylü araşdırmanın nəticələrini açıqlamaq niyyətindədir.

"Far.Az"un məlumatına görə, bu barədə "The Daily Wire" mənbələrə istinadən xəbər verib.

Məlumata görə, Qabbard Rusiyanın 2016 və 2020-ci illərdə ABŞ-də prezident seçkilərinə müdaxiləsi iddiası, eləcə də COVID-19 pandemiyası zamanı ABŞ-də baş verən "anomal hadisələr"lə bağlı araşdırmaların nəticələrini açıqlamağı planlaşdırır.

Bundan əlavə, söhbət Pentaqonun "Havana sindromu"ilə əlaqəli ola biləcəyi iddia edilən gizli silahların inkişafı ilə bağlı materiallardan gedir.

Mənbələr həmçinin iddia edir ki, Qabbard ABŞ-nin keçmiş prezidenti Con Kennedi, qardaşı Robert Kennedi və hüquq müdafiəçisi Martin Lüter Kinqin qətlləri ilə bağlı materiallar da daxil olmaqla 500 000-dən çox hökumət sənədinin məxfiliyinin açılmasına nəzarət edib.

Daha əvvəl "Fox News" Qabbardın nadir sümük xərçəngi xəstəliyi diaqnozu qoyulmuş ərini dəstəkləmək üçün istefa verdiyini bildirib. ABŞ Prezidenti Donald Tramp onun 30 iyunda vəzifəsindən gedəcəyini təsdiqləyib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər