Səlim Müslümovun Yasamaldakı mənzili dördüncü dəfə hərraca çıxarılır
Far.Az xəbər saytı

Səlim Müslümovun Yasamaldakı mənzili dördüncü dəfə hərraca çıxarılır


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun üzərinə həbs qoyulmuş mənzillərindən biri yenidən hərraca çıxarılır.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, mənzil İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 16-da keçiriləcək hərracda satışa təqdim olunacaq.

Hərrac elanına əsasən, söhbət Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən daşınmaz əmlakdan gedir.

Sahəsi 370.4 kvadratmetr olan mənzilin start qiyməti 694 687.5 manat, beh məbləği isə 69 468.8 manat müəyyən edilib.

Elanda qeyd olunur ki, mənzil alıcı tapılmadığı üçün 4-cü dəfə 25 faiz endirimli qiymətlə təkrar hərraca çıxarılır.

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklar arasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən mənzillər, qeyri-yaşayış sahələri və torpaq sahələri də var. Məhkəmə prosesində açıqlanan siyahıda Yasamal rayonundakı bu mənzil də yer almışdı.

Oxşar xəbərlər

Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər