Abedneqo Çanda: İmkansızların mənzillə təmin edilməsi üçün kartoqrafik məlumatlardan istifadə etmək vacibdir
Far.Az xəbər saytı

Abedneqo Çanda: İmkansızların mənzillə təmin edilməsi üçün kartoqrafik məlumatlardan istifadə etmək vacibdir


Kartoqrafik məlumatların toplanması yoxsulların və imkansızların mənzillə təmin edilməsi üçün ən mühüm vəzifədir.

"Report" xəbər verir ki, bu barədə "Zambiyanın Evsizlər və Yoxsullar" (Zambia Homeless and Poor People"s Federation) federasiyasının nümayəndəsi Abedneqo Çanda WUF13 çərçivəsində "İcma məlumatlarından ictimai təsirə - praktiki təcrübəyə malik ekspertlərin baxışı" mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, məhz məlumatlarla işləmək icmalara mənzil problemlərinin real miqyasını anlamağa və praktiki həllər hazırlamağa imkan verir.

"Məlumatların toplanması sayəsində sakinlər indi öz ərazilərində mənzil qıtlığının nə qədər böyük olduğunu, orada nə qədər su nöqtəsinin olduğunu, nə qədər insanın damı axan evlərdə yaşadığını və nə qədər insanın ümumiyyətlə mənzilsiz olduğunu bilirlər", - o bildirib.

Çanda qeyd edib ki, icma sakinləri özləri hər gün qarşılaşdıqları problemləri daha yaxşı başa düşürlər, buna görə də "aşağıdan yuxarıya" yanaşması şəhər inkişafında əsas rol oynayır. Onun sözlərinə görə, gənclərin və yerli sakinlərin xəritəçəkmə və məlumatların təhlilində iştirakı şəhər planlaşdırıcılarına və tədqiqatçılara əhalinin ehtiyaclarına cavab verən həlləri birgə hazırlamağa kömək edir.

O həmçinin, sakinlərlə məsləhətləşmələrin olmamasının ictimai obyektin tikintisi ətrafında münaqişəyə səbəb olduğu bir nümunə gətirdi. Onun sözlərinə görə, bu, istənilən inkişaf layihələrinin icmaların özlərinin iştirakı ilə həyata keçirilməli olduğunu göstərir.

Federasiya nümayəndəsi vurğulayıb ki, sakinlərin yığımlara və kollektiv işə əsaslanan birgə təşəbbüsləri artıq həssas ailələrə layiqli mənzil əldə etməyə və yaşayış şəraitini yaxşılaşdırmağa kömək edir.

Oxşar xəbərlər

"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər