ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır
Far.Az xəbər saytı

ABŞ-İran danışıqları: Atəşkəs 60 gün uzadılır, Tehran zənginləşdirilmiş uranın miqdarını azaldır


ABŞ və İran atəşkəsin 60 gün uzadılması barədə razılığa gəlməyə yaxındırlar.

"Far.Az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti danışıqların gedişatı ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Tehranın nüvə proqramını müzakirə etmək üçün əsas hazırlayırlar.

Nəşrin məlumatına görə, razılaşmalar Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsini və ya başqa yerə köçürülməsini əhatə edə bilər.

Buna cavab olaraq, Vaşinqton İran limanlarının blokadasını və sanksiyaları yumşalda, Tehranın xaricdəki aktivlərini tədricən aça bilər.

"Al Hadath" isə bildirib ki, İran, ABŞ ilə dolayı danışıqlar apararkən, uranın 3,6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif edib.

Bundan əlavə, Tehran ölkə daxilində 20%-dən çox zənginləşdirilmiş uran miqdarını azaltmağa hazır olduğunu da bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Katibi Marko Rubio və İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlətlər arasında aparılan danışıqlarda irəliləyiş əldə edildiyini bildiriblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər