ABŞ və İran danışıqlarda irəliləyiş əldə edib - Rubio
Far.Az xəbər saytı

ABŞ və İran danışıqlarda irəliləyiş əldə edib - Rubio


ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, son 48 saat ərzində ABŞ ilə İran arasında aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş qeydə alınıb.

Far.Az xəbər verir ki, o, Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə birgə mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, yaxın vaxtlarda bu proseslə bağlı daha ətraflı məlumatların açıqlanması gözlənilir.

Rubio bildirib ki, Fars körfəzi regionundakı tərəfdaşlarla birlikdə çərçivə razılaşması üzərində iş aparılır və son iki gün ərzində müəyyən müsbət nəticələr əldə olunub. Onun sözlərinə görə, bu irəliləyiş hələ yekun olmasa da, proses üçün mühüm addım sayılır.

Dövlət katibi vurğulayıb ki, mümkün razılaşma ABŞ-yə regionda müəyyən strateji məqsədlərə nail olmağa, həmçinin İranın nüvə proqramı ilə bağlı narahatlıqları azaltmağa imkan verə bilər.

O əlavə edib ki, yekun nəticə üçün İran tərəfinin razılığı və əldə olunan razılaşmalara ciddi riayət etməsi əsas şərtdir. Rubio həmçinin yaxın saatlarda proseslə bağlı müsbət xəbərlərin açıqlana biləcəyini istisna etməyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər