CXP-nin keçmiş rəhbərliyi partiyanın Ankaradakı qərargah binasından çıxarılıb
Far.Az xəbər saytı

CXP-nin keçmiş rəhbərliyi partiyanın Ankaradakı qərargah binasından çıxarılıb


Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CXP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CXP-nin mərkəzi qərargahından çıxarılıb.

"Far.Az" "TRT Haber"ə istinadən xəbər verir ki, ləğv edilmiş qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kemal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.

Daha sonra Ankara vilayət administrasiyası polis əməkdaşlarını binaya girişin bərpa edilməsi barədə təlimatlandırıb. Nəticədə polislə tərəfdarlar arasında qısa müddətli toqquşma baş verib.

CXP-nin keçmiş sədri Özgür Özel isə binadan ayrılmayacağını bildirsə də, daha sonra öz heyəti ilə birlikdə qərargahı tərk edib.

Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Oxşar xəbərlər

Məşhurlardan 29 Oktyabr – Cümhuriyyət bayramı PAYLAŞIMLARI
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər