SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrinin yarısında hava hücumu həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb. Bu barədə "SOCAR Ukraine"in mətbuat xidmətindən məlumat verilib.
Məsələ ilə bağlı Baku TV-nin videomaterialında qeyd olunub ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Çerkassı şəhərlərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Bunkerlərdən hava hücumu siqnalı zamanı istifadə edilə bilər.
Tikililər yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir. Bundan başqa, SOCAR-ın Odessa və Lvovda yerləşən anbarlarında da belə sığınacaqlar inşa olunub.
"Yaxın zamanlarda isə SOCAR-ın ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması başa çatdırılacaq", - deyə qurumun mətbuat xidmətindən bildirilib.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ-nin böyük şəhərlərində Zəfər Günü qeyd olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













