“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi
Azərbaycanın bölgələrinə xüsusi diqqəti ilə seçilən ən sərfəli mobil operator “Nar” Gəncə şəhərində mobil rabitə laboratoriyası təsis edib. Laboratoriya Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin nəzdində yaradılıb.
Mobil rabitə laboratoriyası ATU-nun texniki peşələr üzrə təhsil alan tələbələrin mobil rabitə texnologiyalarını təcrübədə öyrənmələrini təmin edəcək. Eləcə də, tələbələrin işini asanlaşdırmaq üçün laboratoriya noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilib.
Laboratoriyanın açılışı zamanı “Nar”ın (Azerfon MMC) baş icraçı direktoru Qunnar Panke bildirib: “Bu laboratoriya “Nar” olaraq, bölgələri diqqətdə saxlamağımızın növbəti nümunəsidir. Texnoloji tərəqqi ilə ayaqlaşan biznes olaraq, bölgələrdə azərbaycanlı rabitə mütəxəssislərini yetişdirmək “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır”.
Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov “Nar”a təşəkkürünü bildirib: “Universitetimiz qarşısına əsl mütəxəssislər hazırlamağı hədəf qoyub və bu hədəfə nail olmaq üçün “Nar”ın öz zəngin təcrübəsini bizimlə paylaşmağı çox vacibdir. Özəl bizneslərin bu dəstəyi sayəsində tələbələrimiz universitetimizi ixtisaslarının peşəkarları olaraq bitirəcəklər”.
Ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki Universiteti (Bakı) və Azərbaycan Texnologiya Universiteti (Gəncə) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində artıq hər iki univeristetdə “Nar” mobil rabitə laboratoriyası fəaliyyət göstərir.
Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Tələbə adını qazanan şəhid övladları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













