Bakı-Tbilisi qatarı ilə səyahət edəcəklərin NƏZƏRİNƏ
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb.
BAKU.WS xəbər verir ki, qurumdan bildirilib ki, qatara minik zamanı sərnişinlər biletlə yanaşı bir sıra vacib sənədləri də təqdim etməlidirlər.
Məlumata görə, sərnişinlərdən pasportun əsli tələb olunur və "mygov" platformasından əldə edilmiş rəqəmsal versiya keçərli hesab edilmir. Bununla yanaşı, Gürcüstan tərəfinin tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş səyahət sığortasının da təqdim olunması mütləqdir.
Qeyd olunub ki, 5 yaşadək uşaqlarla səfər edən şəxslər həmin uşağın adına rəsmiləşdirilmiş pulsuz bileti təqdim etməlidirlər. Həmçinin bir valideynlə səfər edən uşaqlar üçün digər valideynin, valideynsiz başqa bir böyüklə səfər edən uşaqlar üçün isə hər iki valideynin ayrıca notarial qaydada təsdiqlənmiş etibarnaməsi tələb olunur.
Qurum sərnişinlərə qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri əvvəlcədən hazırlamağı tövsiyə edib.
Xatırladaq ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk reysini həyata keçirəcək.
Oxşar xəbərlər
Porsche Azərbaycandan uşaqlarla unudulmaz kartinq günü
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
-
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı
-
Eboladan ölənlərin sayı 204-ə çatdı -Konqo













