"Şıncou-23" kosmik gəmisi "Tienqonq" stansiyasına çatıb
Çinin orbitdə qurduğu "Tienqonq" kosmik stansiyasına göndərilən yeni taykonot heyəti uğurla stansiyaya çatıb.
Far.Az xəbər verir ki, Çin İnsanlı Kosmik Proqram Agentliyinin məlumatına görə, Cu Yanqcu, Canq Cıyüen və Lay Ka-yinqin olduğu "Şıncou-23" kosmik gəmisi stansiyanın əsas moduluna uğurla bağlanıb.
Təxminən 3,5 saat davam edən uçuşdan sonra heyət stansiyaya daxil olub və əvvəlki missiyada çalışan taykonotlardan növbəni təhvil almağa hazırlaşır.
Yeni ekipajın 6 ay müddətində kosmosda fəaliyyət göstərəcəyi bildirilir. Bununla yanaşı, taykonotlardan birinin insan orqanizminə uzunmüddətli kosmik uçuşun təsirini araşdırmaq məqsədilə stansiyada 1 il qalacağı açıqlanıb.
Missiya çərçivəsində həyat elmləri, mikroqravitasiya, kosmik tibb və texnologiya sahələrində 100-dən çox elmi təcrübə aparılacaq.
Qeyd edək ki, Çin ABŞ-nin Beynəlxalq Kosmik Stansiya proqramına qoşulmasına icazə verməməsindən sonra öz "Tienqonq" kosmik stansiyasını qurub.
Oxşar xəbərlər
Dekan: Qarabağ Universitetində Tibb və sağlamlıq elmləri fakültəsi fəaliyyətə başlayacaq
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
WUF13 Festivalı çərçivəsində Bakı Dənizkənarı Bulvarında "İctimai proqram" baş tutub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













