Düşənbədə BMT proqramı çərçivəsində Su festivalı keçirilir
Far.Az xəbər saytı

Düşənbədə BMT proqramı çərçivəsində Su festivalı keçirilir


Tacikistanın paytaxtı Düşənbədə BMT-nin 2018-2028-ci illər üzrə "Dayanıqlı inkişaf üçün su" adlı Beynəlxalq Onillik Fəaliyyətə həsr olunmuş 4-cü yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində Su festivalı keçirilir.

"Far.Az"un Qazaxıstan bürosunun Düşənbəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, festival Tacikistan hökuməti tərəfindən "Novruzqoh" mədəniyyət və əyləncə parkında təşkil olunub.

Tədbirin əsas məqsədi insanlar arasında vacib resurs kimi suyun dəyəri, eləcə də təmiz içməli suyun əsas mənbəyi kimi buzlaqların əhəmiyyəti barədə maarifləndirməni artırmaqdır.

Su ehtiyatlarına qayğı ilə yanaşılmasının və onların gələcək nəsillər üçün qorunub saxlanılmasının zəruriliyinə xüsusi diqqət yetirilib. Festival həmçinin su gündəliyini qlobal səviyyədə təşviq edən Tacikistanın dövlət siyasətini və praktiki təşəbbüslərini nümayiş etdirir.

Festivalda xalq sənətkarlığı və dekorativ-tətbiqi sənət sərgisi, tacik milli mətbəxinin təamları, müxtəlif növ içməli suların ekspozisiyası, konsert proqramı, milli geyimlər təqdim edilir və digər mədəni-əyləncə tədbirləri keçirilir.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər