MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri görüşəcək
Far.Az xəbər saytı

MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri görüşəcək


Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri əməkdaşlığın təkmilləşdirilməsini müzakirə edəcək və terror fəaliyyətinə qarşı mübarizə sahəsində təcrübə mübadiləsi aparacaqlar.

"Report" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Vurğulanıb ki, 26 may 2026-cı il tarixində İrkutsk vilayətində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclası keçiriləcək.

Belə ki, görüşdə MDB üzv dövlətlərinin xüsusi xidmət orqanlarının əsas fəaliyyət sahələrində qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsinə diqqət yetiriləcəyi gözlənilir.

"Xüsusilə, birlik məkanında dini radikalizmin eskalasiyasına qarşı mübarizə və transmilli terrorçuluq fəaliyyətinin neytrallaşdırılması sahəsində təcrübə mübadiləsinin aparılması planlaşdırılır. Bundan əlavə, kollektiv antiterror müdafiə sisteminin vəziyyəti qiymətləndiriləcək və 2025-ci ildə keçirilən birgə antiterror təlimlərinin nəticələri nəzərdən keçiriləcək.

Görüş iştirakçıları 2023-2025-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq proqramının icrasına ümumi baxış keçirəcək və 2025-2027-ci illər üçün deradikalizasiya üzrə əməkdaşlıq proqramının gedişatını müzakirə edəcəklər", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər