Haaqa meri Bakıda WUF13-ün təşkilini yüksək qiymətləndirib
Haaqa meri Yan van Zanen 17-22 may tarixlərində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkilini yüksək qiymətləndirib.
"Far.Az"un Azərbaycanın Niderlanddakı səfirliyinə istinadən verdiyi məlumata görə, Yan van Zanen bunu Azərbaycanın Niderlanddakı səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə təşkil edilən rəsmi qəbulda bəyan edib.
Yan van Zanen Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edərək WUF13-də Niderland nümayəndə heyətinin rəhbəri qismində Bakıya səfərindən təəssüratlarını bölüşüb.
O, forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edib və Niderlandın forumun işində fəal iştirakını vurğulayıb.
Mer, həmçinin forum çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib və Azərbaycanın inkişafının, Bakının zəngin tarixi-mədəni irsinin və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətli potensialının ona dərin təəssürat bağışladığını bəyan edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub













