İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Əli Moucani sosial mediada yaydığı açıqlamalarla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Gürcüstan xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili görüş zamanı İran səfirinə sosial mediada yaydığı açıqlamaların diplomatik fəaliyyətin əhatə dairəsindən kənara çıxdığını bildirib.
A.Xvtisiaşvilinin sözlərinə görə, bu cür açıqlamalar ictimai əhvali-ruhiyyəyə mənfi təsir göstərir. O, İran tərəfinin müvafiq tədbirlər görəcəyinə və oxşar halların təkrarlanmayacağına ümid etdiyini deyib.
Nazir müavini İran səfirinin diqqətinə çatdırıb ki, Gürcüstanda akkreditə olunmuş diplomatik nümayəndələr fəaliyyətlərini diplomatik mandat və səlahiyyətləri çərçivəsində həyata keçirməli, diplomatik münasibətlərdə müəyyən edilmiş normalara riayət etməli, həmçinin qəbul edən ölkənin tarixi və daxili məsələləri ilə bağlı şərhlərdən çəkinməlidirlər.
Qeyd edək ki, İranın Gürcüstandakı səfiri Əli Moucani "Facebook" səhifəsində Tbilisidəki İran səfirliyinin fasadında Gürcüstan kraliçası Ketevanın təsvirinin nümayiş etdirildiyini bildirib.
Səfir paylaşımında Ketevanın tarixi ilə bağlı ilkin araşdırma apardığını, İran və Gürcüstanda qorunan sənədlər və tarixi mənbələri araşdırdığını qeyd edib. O, araşdırmasının nəticələrini gələcəkdə paylaşacağını və təqdim ediləcək materialın rəsmi mövqe deyil, tarixçinin şəxsi baxışı və qiymətləndirməsi olduğunu vurğulayıb.
Əli Moucani həmçinin bu tarixi mövzuların gələcəkdə gürcü və iranlı tədqiqatçıların birgə araşdırmaları əsasında əlavə öyrənilməsinin mümkünlüyünü qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycanda akkreditə olunmuş diplomatlar Şəhidlər xiyabanını ziyarət edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA rəhbəri İnfantinonu istefa verməyə çağırıb
-
Mərc oyunlarından milyon qazanan biznesmen müflis oldu - İndi taksi sürür
-
Qazaxıstanla Almaniya Avropaya neft və qaz tədarükü üzrə əməkdaşlıq edəcək
-
Tomas Müller ABŞ klubu ilə müqaviləsinin müddətini uzadıb
-
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb
-
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub













