SEPAH: İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır
İran ordusunun bütün bölmələri ən yüksək hazırlıq səviyyəsindədir və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazırdır.
"Far.Az" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə bəyan edib.
"Biz hələ müharibədən əvvəl, keçmiş təcrübəyə əsaslanaraq, hazırlığın artırılması prosesinə başlamışdıq, son müharibədən sonra isə müxtəlif bölmələr arasında koordinasiya və qarşılıqlı əlaqə daha da gücləndirilib.
Döyüş əməliyyatları dayandırıldıqdan dərhal sonra son təcrübəyə əsaslanan təlimlər və yeni məşqlər başlayıb və bu gün korpusun ən mürəkkəb şəraitdə cavab vermə, müqavimət göstərmə və təhlükəsizliyin təmin edilməsi üzrə hazırlığı əvvəlkindən xeyli yüksək və güclüdür", - S. Həsənzadə bildirib.
Qeyd edək ki, bu bəyanat ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) İranı atəşkəs rejimini pozmaqda ittiham etməsindən sonra yayılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
ABŞ ordusunun briqada generalı Azərbaycana gəlib
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













