Netanyahu xəstəxanaya yerləşdirildi
İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Far.Az xəbər verir, bu barədə "The Times of Israel" nəşri hökumət başçısının ofisinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu mayın 25-i axşam saatlarında "Hadassa Eyn-Kerem" Tibb Mərkəzinə aparılıb. Hazırda onun stomatoloji müalicə aldığı bildirilir.
Nəşr qeyd edir ki, son dövrlər ictimaiyyət Netanyahunun səhhəti ilə bağlı məsələləri diqqətlə izləyir. Vətəndaşlar Baş naziri sağlamlıq vəziyyəti barədə bəzi məlumatları gizlətməkdə ittiham edirlər.
Xatırladaq ki, Netanyahu aprelin 24-də prostat vəzində aşkarlanan bədxassəli şişlə bağlı əməliyyat keçirdiyini açıqlamışdı. Onun sözlərinə görə, xəstəlik planlı tibbi müayinə zamanı erkən mərhələdə aşkarlanıb və şiş qısa müddətdə götürülüb.
Qeyd edək ki, İsrail Baş nazirinə daha əvvəl kardiostimulyator da yerləşdirilib.
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
"Nine Senses"də Sağlamlıq Həftəsi çərçivəsində Sağlamlıq Günü keçirildi
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













