Rusiya ABŞ-nin Kiyevə qarşı sistemli zərbələrdən imtina etmək çağırışlarını rədd edib
ABŞ Rusiyanın Kiyevə son zərbələrini qətiyyətlə pisləyib və Moskvanı Ukrayna paytaxtına vəd edilmiş sistematik zərbələr endirməməyə çağırıb.
"Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu açıqlama Kiyevə və ətraf ərazilərə edilən kütləvi hücumdan sonra Ukraynanın tələbi ilə çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında verilib.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Temmi Brus Rusiyanın "Oreşnik" ballistik raketindən istifadəsini "təhlükəli və barbar eskalasiya" adlandırıb.
Onun sözlərinə görə, Kiyevə növbəti zərbələr mülki əhali arasında itkilərin artmasına və sülh yolu ilə həll perspektivlərini çətinləşdirə bilər.
Lakin Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya Vaşinqtonun iddialarını rədd edib.
BMT öz növbəsində Moskvanın Ukrayna paytaxtına mümkün yeni zərbələr barədə açıqlamalarından dərin narahatlığını bildirib.
Ukrayna tərəfinin məlumatına görə, son hücum nəticəsində ən azı iki nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













