İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq
Far.Az xəbər saytı

İstanbullulara zəlzələ ilə bağlı QORXUNC XƏBƏRDARLIQ - 90 min bina tam dağılacaq


Türkiyənin məşhur seysmoloqu Naci Görür İstanbulda yaxın illərdə güclü zəlzələ baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparılan hesablamalar nəticəsində İstanbul şəhərində 7 və daha yüksək maqnitudalı zəlzələnin baş vermə ehtimalı 48 faiz qiymətləndirilir.

Mütəxəssisin sözlərinə görə, bu hesablamalar 1999-cu ilin avqustunda İstanbul yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən sonra aparılan uzunmüddətli seysmoloji araşdırmalara əsaslanır.

Alimlər hesab edirlər ki, 2030-cu ilə qədər Türkiyədə böyük zəlzələ baş vermə ehtimalı ümumilikdə 60 faizdir.

Bununla belə, seysmoloqlar mümkün fəlakətin dəqiq tarixini proqnozlaşdıra bilmirlər. Proqnozlara əsasən, gözlənilən güclü zəlzələ zamanı İstanbulda təxminən 90 min binanın tamamilə dağılacağı, 250 minə yaxın evin isə yaşayış üçün yararsız hala düşəcəyi bildirilir.

Qeyd edək ki, mart ayında Türkiyənin mərkəzi hissəsində 5,3 maqnitudalı zəlzələ qeydə alınmışdı. Yeraltı təkanların episentri Tokat şəhərinin şimal-şərqində yerləşib. Zəlzələdən sonra 2 bala qədər gücdə afterşoklar müşahidə olunub.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər