Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb
Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb, məhsullar sənaye və təsərrüfatda istifadə olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, istehsalat müəssisəsində yerli sakinlər işlə təmin edilib.
Onlardan biri də Xankəndi şəhər sakini olan Xəyalə Babayevadır. Müsahibimiz Xankəndidə fəaliyyət göstərən "GP Safety" MMC-nin əlcək istehsalı müəssisəsində işlə təmin olunub.
"Artıq bir ildir ki, doğma ocağımıza Xankəndiyə köçmüşük. Köçdən sonra ailəmizin əmək fəaliyyəti ilə maraqlandılar və bizə Xankəndidə fəaliyyət göstərən müəssisələrdə iş təklif etdilər. Ancaq mən və yoldaşım əlcək istehsalı sexində işləməyə üstünlük verdik. Artıq burada daimi işləyirik".
Müəssisədə istehsal ediləcək əlcəklər 4 növdə olmaqla müxtəlif təyinatlar üçün nəzərdə tutulub. Məhsullar əsasən daxili bazar üçün nəzərdə tutulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Yeni fəaliyyətə başlayan müəssisədə ilkin mərhələdə 35 nəfər işlə təmin olunacaq ki, bunlar da əsasən doğma ocağına qayıdan keçmiş məcburi köçkünlər olacaq.
Elxan Babayev də doğma yurduna köçəndən sonra tez bir zamanda işlə təmin olunmasından söz açıb:
"Açığı, Xankəndiyə dönəndən sonra işlə təminatımızın bir az zaman alacağını düşünürdüm. Amma bunun tam əksini yaşadıq. Həyat yoldaşımla birgə işlə təmin edildik. Əlbəttə, uzaq yol qət etmədən birbaşa iş yerinə gəlmək və doğma yurdumuzun quruculuğunda iştirak etmək olduqca qürurludur".
Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.
Qeyd edək ki, bu müəssisənin yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağda iqtisadi potensialın bərpası, möhkəmlənməsi, həmçinin müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atılan məqsədyönlü addımların bir hissəsidir. Gələcəkdə isə onların məhsulların Avropa bazarına ixracı da planlaşdırılır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













