İsrail və Livan hərbçiləri ABŞ-də təhlükəsizlik məsləhətləşmələri keçiriblər
Far.Az xəbər saytı

İsrail və Livan hərbçiləri ABŞ-də təhlükəsizlik məsləhətləşmələri keçiriblər


Mayın 29-da İsrail və Livanın hərbi nümayəndə heyətləri ABŞ Müharibə Nazirliyinin baş qərargahında regional təhlükəsizliyin təmin edilməsi problemlərini müzakirə etmək üçün danışıqlar aparıblar.

"Far.Az"un xəbərinə görə, bu barədə ABŞ hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.

"ABŞ müharibə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi iki dövlət arasında davam edən danışıqlar prosesinə dəstək vermək məqsədilə təhlükəsizliklə bağlı istiqamətdə işə başlamaq üçün İsrail Dövləti və Livan Respublikasının hərbi nümayəndə heyətlərini qəbul edib. Tərəflər regionda təhlükəsizliyin təmin edilməsinin praktiki mexanizmlərinin formalaşdırılmasına yönəlmiş hərbi səviyyədə konstruktiv məsləhətləşmələr aparıblar. Bu danışıqların konkret nəticələri Dövlət Departamenti tərəfindən əlaqələndirilən və növbəti həftə bərpası planlaşdırılan siyasi formata birbaşa təsir göstərəcək", - sənəddə qeyd olunub.

Bəyanatda vurğulanıb ki, Pentaqon hər iki dövlətin silahlı qüvvələri ilə "strateji tərəfdaşlığı yüksək qiymətləndirir" və "Livanın suverenliyini, ərazi bütövlüyünü, habelə onun silahlı qeyri-hökumət strukturlarından azad olmasını dəstəkləyir".

ABŞ həmçinin iki ölkə hərbçiləri arasında bu növ təmasların tezliklə davam etdiriləcəyini gözləyir.

Oxşar xəbərlər

YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
"Birlik - 2025": Azərbaycan hərbçiləri 4 ölkə ilə birgə sərhəd mühafizəsi üzrə fəaliyyətlər icra edirlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər