Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu
Şotlandiyanın "Boards of Canada" elektron musiqi qrupu ABŞ Prezident Administrasiyasının onların musiqisindən icazəsiz istifadə etdiyini bəyan edib.
Oxu.Az bu barədə BBC yayım korporasiyasına istinadən xəbər verir.
Məlumata görə, söhbət Ağ Evin sosial şəbəkələrdə dövlət bayrağı, ABŞ liderinin rəsmi iqamətgahı qarşısındakı çəmənliyə enən helikopter və ABŞ Sərhəd Patrul Xidmətinin suları yararaq irəliləyən gəmisinin əks olunduğu videoçarxı müşayiət etmək üçün istifadə olunmuş "Deep Times" kompozisiyasından gedir.
BBC qrupun və onu təmsil edən "Warp Records" səsyazma şirkətinin bəyanatını sitat gətirib. Bəyanatda bildirilir ki, onlar siyasi mesajların yayılması üçün musiqilərindən icazəsiz istifadə olunmasına icazə vermirlər. Ağ Evin məsələyə reaksiyası barədə məlumat verilmir.
Qeyd edək ki, "Boards of Canada" qrupunun əsası 1980-ci illərdə Mayk Sendison və Markus Eoin qardaşları tərəfindən Şotlandiyanın Morey bölgəsində qoyulub.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













