Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
Far.Az xəbər saytı

Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında hər oyuna qələbə qazanmaq üçün çıxır.

Bu barədə komandanın üzvü Rəvan Kərimov "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında deyib.

O, III tur çərçivəsində bu gün Fransaya qarşı keçirəcəkləri qarşılaşmaya toxunub:

"Bu matçda da qalib gəlmək istəyirik. Ümumiyyətlə, hər oyuna qələbə üçün çıxırıq. Turnirdə çempionluğu hədəfləyirik".

R.Kərimov II turda İtaliyanı 3 cavabsız qolla üstələdikləri oyuna da toxunub:

"İkinci turun matçı bəzi futbolçuların bu arenada ilk oyunu idi. Meydançaya uyğunlaşmamışdıq. İtaliya yığması çox müdafiə olunan komandadır. Bu səbəbdən çətin oldu. Oyunumuz istədiyimiz kimi alındı. Qolları vaxtında vurduq və qalib gəldik. Şükürlər olsun ki, zədə yoxdur. Meydança amilinə görə bəzi zərbələrimiz alınmırdı".

Xatırladaq ki, Azərbaycan - Fransa matçı bu gün, Bakı vaxtı ilə saat 15:15-də start götürəcək. İlk oyunda Avstriyanı (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edən Azərbaycan millisi pley-offa vəsiqəni təmin edib. Turnirə iyunun 4-də yekun vurulacaq. Komandamız hazırda F qrupunda 6 xalla liderdir. Fransanın 4, İtaliyanın 1 xalı var. Hər iki matçda uduzan Avstriyanın xalı yoxdur.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər