Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib
Far.Az xəbər saytı

Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib


Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, "Arpaçay" çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər