Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb
Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.
"TƏBİB"dən Far.Az-in sorğusuna cavab olaraq bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
"Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunub.
***16:25
Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Far.Az-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabil qiymətləndirilən 2 nəfər (kişi) ambulator müalicə üçün evə buraxılıb. Digər şəxslərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda qeyd olunub.
***14:37
Bərədə də 10 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Far.Az "Report"a istinadən xəbər verir ki, qəza Bəhrəmtəpə-Mingəçevir avtomobil yolunun Bərdə rayonu Bəcirəvan kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2115 markalı 10-HT-171 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı minik avtomobili toqquşub. Zərbənin təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı kanala düşüb.
1994-cü il təvəllüdlü Orxan Vüqar oğlu Babayev, 2004-cü il təvəllüdlü Röyal Rövşən oğlu Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Natiq oğlu Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Yelmar oğlu Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Ayaz oğlu Paşayev, 1990-cı il təvəllüdlü Rabella Əlibaba qızı Həmidova, 2018-ci il təvəllüdlü Ömər Kamandar oğlu Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Yaqub qızı Həmidova, 1963-cü il təvəllüdlü Həmid Fərrux oğlu Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmid oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Bərdə Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb - YENİLƏNİB
Azercell Bərdədə yaşlılar üçün kibertəhlükəsizlik təlimi keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kolumbiyada prezident seçkiləri keçirilir
-
Baş Şirvan kollektorunda timsah peyda olub?
-
Parisdə PSJ-nin qələbəsindən sonrakı iğtişaşlar zamanı dörd nəfər yaralanıb - YENİLƏNİB
-
İsrail Ordusu: "Hizbullah"ın artilleriya qərargahı məhv edilib
-
Zelenski: Ukrayna vacib danışıqlara hazırlaşır
-
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib













