Özbəkistan dövlət qulluqçuları Azərbaycanda dövlət siyasəti mövzusunda təlim keçirlər
Far.Az xəbər saytı

Özbəkistan dövlət qulluqçuları Azərbaycanda dövlət siyasəti mövzusunda təlim keçirlər


Özbəkistan dövlət qulluqçularının Azərbaycanda dövlət siyasəti mövzusunda təlimləri başlayıb.

"Far.Az" xəbər verir ki, bir həftə davam edəcək təlim "Azərbaycan Respublikasının innovativ dövlət siyasəti" mövzusuna həsr olunacaq.

Dövlət İdarəçilik Akademiyasında baş tutan açılış konfrasında çıxış edən rektor, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekoloji yanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir".

Rektor qeyd edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və DİA tərəfindən ayrı-ayrı dövlətlərin dövlət qulluqçuları üçün həyata keçirilən bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, Azərbaycanın dövlət idarəçiliyi modelinin öyrənilməsinə xidmət edir.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov isə qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında münasibətlər ortaq tarixə, mədəni köklərə və qarşılıqlı etimada əsaslanır.

Özbəkistan Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyasının Dövlət Qulluğu üzrə kadrların hazırlanması Mərkəzinin direktoru Sərvər İnoqamov da öz növbəsində Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Daha sonra Özbəkistandan gələn dövlət qulluqçuları Bakıya xüsusi maraqla gəldiklərini, bu kimi proqramların davamlı olacaqlarından əminliklərini ifadə ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər