Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün yeni viza prosedurlarını açıqlayıb
Far.Az xəbər saytı

Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün yeni viza prosedurlarını açıqlayıb


Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu Balkan ölkəsinə giriş vizası alması üçün zəruri qaydalar barədə məlumat yayıb.

Bu barədə "Far.Az"a Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç bildirib.

Onun sözlərinə görə, həm turist, həm də iş vizaları üçün sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan vətəndaşları VFS Global viza mərkəzinə müraciət etməli olacaqlar.

"Monteneqro hökuməti ölkəyə səfər etmək və burada işləmək istəyən bütün şəxslərin Azərbaycandakı VFS Global platforması vasitəsilə asanlıqla müraciət edə bilməsi üçün addımlar atıb. Tələb olunan sənədlər və müraciət qaydası haqqında məlumatı VFS Global Azerbaijan saytından əldə etmək olar", - Buriç vurğulayıb.

Qeyd edək ki, Monteneqro 2026-cı ilin yanvarından Azərbaycanla viza rejimi tətbiq etməyə başlayıb.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşib? - RƏSMİ CAVAB
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər