Azərbaycanda xəstəxanaların sayı iki dəfə azalıb - Tanınmış professordan AÇIQLAMA
"Azərbaycanda 2026-cı ilə dair statistik göstəricilərə əsasən, ölkədə fəaliyyət göstərən xəstəxanaların sayı təxminən 350-dir. Bu rəqəmə həm dövlət, həm də özəl tibb müəssisələri daxildir. Azərbaycanda bələdiyyə və ya munisipal xəstəxana sistemi mövcud deyil".
Bu sözləri BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla bildirib.
Tanınmış professorun sözlərinə görə, son 25 ilin dinamikasına nəzər saldıqda görürük ki, 2001-ci ildən bəri xəstəxanaların sayı təxminən iki dəfə azalıb:
"Əgər həmin dövrdə ölkədə 735-dən çox xəstəxana fəaliyyət göstərirdisə, hazırda bu göstərici 350 ətrafındadır. Azalmanın əsas hissəsi dövlət xəstəxanalarının payına düşür. Bununla yanaşı, müəyyən dövrlərdə açılan bəzi özəl xəstəxanalar da sonradan fəaliyyətini dayandırıb.
Bu proses əsasən səhiyyə sistemində həyata keçirilən struktur dəyişiklikləri, tibb müəssisələrinin optimallaşdırılması və icbari tibbi sığorta modelinin tətbiqi ilə əlaqədardır. Lakin istənilən halda xəstəxana şəbəkəsinin səmərəliliyi beynəlxalq standartlar əsasında yenidən qiymətləndirilməlidir. Bunun üçün yalnız müəssisələrin sayı deyil, eyni zamanda xəstəxanalardakı çarpayı fondunun həcmi, əhalinin sıxlığı, regionlar üzrə tibbi xidmətlərə çıxış imkanları və real tələbat nəzərə alınmalıdır.
Hazırda dövlət xəstəxanalarının böyük əksəriyyəti TƏBİB-in idarəetməsində fəaliyyət göstərir. Bununla yanaşı, müəyyən sayda tibb müəssisəsi birbaşa Səhiyyə Nazirliyinin tabeliyində qalır. Bu ikili idarəetmə modeli səbəbindən səhiyyə sistemində vahid və tam koordinasiyalı nəzarət mexanizminin formalaşdığını söyləmək hələ tezdir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Uşaqlar və valideynlərə SEVİNDİRİCİ XƏBƏR: Sabah pulsuz olacaq...













