Azər Axşam: "Deyirlər, ora sənin yerin deyil, sanki pozğunxanaya getmişəm"
Far.Az xəbər saytı

Azər Axşam: "Deyirlər, ora sənin yerin deyil, sanki pozğunxanaya getmişəm"


"Çox vaxt insanlar komediya ilə satiranı səhv salırlar".

BAKU.WS xəbər verir ki, bu sözləri aktyor, aparıcı Azər Axşam "Qafqazinfo"ya müsahibəsi zamanı deyib:

"Sovet dönəmində dramaturqların yazdığı satirik-komediyalara öyrəşmişik. Amma bir məsələ də var, onu göstərənlər demir ki, biz sənət nümayiş etdiririk. Məsələn, "Komedixana". Onlar deyir ki, işdən gəlmisən, yorğunsan, otur, biz səni əyləndirək, nəyə istəsən, gülərsən. İnsanlar isə tənqid edir: "Aaa, aktyorluq, Siyavuş Aslan, Yaşar Nuri..."

Yox, hara getdiniz, axı onların belə iddiası yoxdur. "Qız atası" da həmçinin elə idi. Orada dərinlik axtaranlar var idi, dedim ki, axtarma, atam. Bunlar yüngül janrdır. Tənqid edin ki, daha gülməli səhnələr olsun. Biz ancaq bunu tələb edirik: "Ver yeyim, ört yatım, gözlə canım çıxmasın". Arada baxıram, gülürəm, yaxşı alınır, deyirəm ki, kaş digər səhnələr də belə olsun. Hərdən mənə deyirlər, ora sənin yerin deyil, sanki mən pozğunxanaya getmişəm, oradakı adamlar bəyəm aşağıdır? Söymür ki, sizi güldürür də".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər