Dövlət Dəniz və Liman Agentliyi ötən il 5 milyon manata yaxın zərər edib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) 2025-ci ili 4,528 milyon manat zərərlə başa vurub. Halbuki, Agentlik 2024-cü ildən 563 min manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il DDLA-nın əsas əməliyyat gəlirləri 7,947 milyon manat (əvvəlki ilə nisbətən 5,4 % çox), sair əməliyyat gəlirləri 79 min manat (79,5 dəfə az), əməliyyat xərcləri 6,64 milyon manat (1,7 % az), inzibati xərcləri 5,914 milyon manat (9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə DDLA-nın aktivləri 16,791 milyon manat olub ki, bu da illik müqayisədə 20 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 94,8 % artaraq 678 min manata çatıb, balans kapitalı isə 21,9 % azalaraq 16,112 milyon manata düşüb.
Xatırladaq ki, DDLA Prezident İlham Əliyevin "Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə Dövlət Dəniz Agentliyinin tabeliyində olmuş Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında təşkilk edilib. Onun nizamnamə kapitalı 6,228 milyon manatdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













