Karlo Ançelottinin oğlu "Lill" klubunun baş məşqçisi təyin edildi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin oğlu David Ançelotti Fransanın "Lill" klubunun yeni baş məşqçisi təyin olunub.
Far.Az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı italiyalı mütəxəssis klubla iki illik müqavilə imzalayıb və bununla da məşqçilik karyerasında ilk dəfə olaraq əsas komandanın baş məşqçisi vəzifəsini icra edəcək.
David Ançelotti indiyədək atasının rəhbərlik etdiyi bir sıra nüfuzlu klublarda və milli komandalarda məşqçilər korpusunun üzvü kimi çalışıb. O, peşəkar fəaliyyəti ərzində Avropanın ən yüksək səviyyəli futbol mühitində təcrübə qazanaraq özünü perspektivli gənc mütəxəssislərdən biri kimi təsdiqləyib.
Təyinatından sonra David Ançelotti klubun rəsmi saytına açıqlamasında yeni vəzifəsindən qürur duyduğunu bildirib:
"Bu gün burada olmaq mənim üçün böyük qürur mənbəyidir. Çox xoşbəxtəm və mənə göstərilən etimada görə klub prezidenti Olivye Letanqa təşəkkür edirəm. Aramızda çoxlu söhbətlər oldu və mən ortaq baxışların, ideyaların və dəyərlərin mövcudluğunu hiss etdim".
Qeyd edək ki, "Lill" 2025/2026 mövsümünü Fransa Liqa 1-də üçüncü pillədə başa vurub. Uğurlu mövsüm keçirən komanda bununla UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün əsas mərhələsinə vəsiqə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













