Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU
Mütəxəssis: Bir neçə dairəvi adadan ibarət yol qovşaqları tıxacların azalmasına kömək edir
Bir neçə dairəvi hərəkət adasının bir sistem daxilində birləşdirildiyi yol qovşaqları dünyanın müxtəlif ölkələrində nəqliyyatın idarə olunmasında uğurlu həllərdən biri hesab olunur.
Far.Az-in məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu tip qovşaqlar nəqliyyat axınlarının daha səmərəli təşkilinə, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və hərəkətin təhlükəsizliyinin yüksəldilməsinə imkan yaradır.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə müxtəlif formalı dairəvi qovşaq modellərindən istifadə edilir:
"Bunlar arasında iki dairəvi adanın körpü və ya tunelin hər iki tərəfində yerləşdiyi qantel tipli qovşaqlar, bir-birinə yaxın iki dairəvi hərəkət adasından ibarət ikili qovşaqlar, eləcə də daha böyük nəqliyyat yüklənməsinə xidmət edən üçlü dairəvi qovşaqlar yer alır".
Ekspert qeyd edib ki, ən maraqlı həllərdən biri də "sehrli dairəvi qovşaq" adlandırılan modeldir. Bu sistemdə bir neçə kiçik dairəvi hərəkət adası vahid mexanizm kimi fəaliyyət göstərərək nəqliyyatın daha rahat hərəkətini təmin edir.
Rauf Ağamirzəyev vurğulayıb ki, belə qovşaqlar toqquşma nöqtələrinin sayını azaldır, işıqforlardan asılılığı minimuma endirir və əlavə yol tikintisinə ehtiyac olmadan hərəkətin təşkilini yaxşılaşdırır:
"Böyük Britaniya, Fransa və Niderland kimi ölkələrdə geniş tətbiq olunan bu yanaşma düzgün layihələndirmə sayəsində şəhərlərdə nəqliyyat sıxlığının azaldılmasına mühüm töhfə verir".
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













