Fransa Rusiya tankerini saxladı - Kreml Parisi dəniz quldurluğunda ittiham etdi
Far.Az xəbər saytı

Fransa Rusiya tankerini saxladı - Kreml Parisi dəniz quldurluğunda ittiham etdi


Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Atlantik okeanında Rusiyadan gələn "Tagor" adlı neft tankerini saxlayıb.

Far.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Dünən səhər Fransa HDQ beynəlxalq sanksiyalara məruz qalan və Rusiyadan gələn növbəti neft tankerini – "Tagor"u saxladı. Qətiyyətimiz dəyişməz və mütləqdir", – Makron X sosial şəbəkəsində yazıb.

Fransa lideri tankerin saxlanılması ilə bağlı videonu da paylaşıb. Onun sözlərinə görə, əməliyyat "dəniz hüququna tam uyğun şəkildə" həyata keçirilib.

Makron bildirib ki, əməliyyat Atlantik okeanında, beynəlxalq sularda və Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaşların dəstəyi ilə keçirilib.

Saxlanılan tanker Murmanskdan yola çıxmışdı

Fransanın Atlantik regionu üzrə Dəniz Prefekturası açıqlayıb ki, saxlanılan neft tankeri Rusiyanın Murmansk şəhərindən hərəkət edib.

Məlumata görə, mayın 31-də Fransa HDQ Bretanın ən qərb nöqtəsindən 400 dəniz milindən çox məsafədə açıq dənizdə əməliyyat keçirib. Tankerə qalxan yoxlama qrupu ekipajı BMT-nin Dəniz Hüququ Konvensiyasını pozmaqda ittiham edib. Daha sonra gəmi əlavə araşdırma aparılması üçün Fransa donanmasının müşayiəti ilə dayanacağa gətirilib.

Rusiya səfirliyi reaksiyasını bildirdi

Rusiyanın Parisdəki səfirliyi bəyan edib ki, "Tagor" tankerinin kapitanı Rusiya vətəndaşı ola bilər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, Fransa tərəfi tankerin saxlanılması barədə Rusiyanı məlumatlandırmayıb. Səfirlik gəmidə Rusiya vətəndaşlarının olub-olmaması ilə bağlı Parisdən izahat tələb etsə də, Fransa Xarici İşlər Nazirliyi hələ cavab verməyib.

Kreml saxlanmanı qanunsuz adlandırıb

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov hadisəni şərh edərək bildirib ki, Moskva Fransanın "Tagor" tankerini saxlamasını qanunsuz hesab edir.

"Biz bu cür hərəkətləri qanunsuz sayırıq, onlar beynəlxalq dəniz quldurluğu ilə həmsərhəddir", – Peskov deyib.

O əlavə edib ki, Rusiya tərəfi tankerin beynəlxalq hüquqa tam uyğun şəkildə saxlanıldığı barədə iddialarla razı deyil.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın dəstəyi ilə hazırlanmış "Qara qızılın sirri" adlı kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər