ABŞ-nin Ayova ştatında baş verən atışmada yeddi nəfər ölüb
Far.Az xəbər saytı

ABŞ-nin Ayova ştatında baş verən atışmada yeddi nəfər ölüb


ABŞ-nin Ayova ştatının Maskatin şəhərində baş verən atışmada şübhəli bilinən atıcı da daxil olmaqla azı yeddi nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə yerli polis idarəsi xəbər yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ilkin araşdırma atışmanın məişət münaqişəsi ilə əlaqəli ola biləcəyini göstərir və bütün ölənlərin şübhəlinin qohumları olduğu güman edilir.

Bildirilir ki, polisə atışma barədə zəng yerli vaxtla təxminən saat 12:12-də daxil olub. Polislər hadisə yerinə çatdıqdan sonra dörd nəfərin meyitini aşkar ediblər. Daha sonra daha iki qurbanın da meyiti aşkarlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 52 yaşlı Rayan Makfarland ərazidən qaçıb, sonra güllə yarası ilə tapılıb, onun özünə qəsd etdiyi güman olunur.

Polis hadisənin səbəbləri ilə bağlı araşdırmaları davam etdirir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər