Naxçıvanda ilk dəfə uşaq musiqi və incəsənət məktəbləri üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar təsdiq edilib.
"Report"un yerli bürosu xəbər verir ki, mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və "MyCulture" vahid şəxsi kabinet vasitəsilə təşkil olunacaq.
Məzunlara imtahanın tarixi, vaxtı və məkanı barədə məlumat SMS, elektron poçt və şəxsi kabinet üzərindən bildiriləcək.
İmtahanların keçirilməsi 2026-cı ilin iyun ayında nəzərdə tutulur. İmtahanlar müvafiq ixtisaslar üzrə komissiyalar tərəfindən 5 ballıq sistem əsasında qiymətləndiriləcək. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.
Yeni qaydalar uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılmasına, şəffaflığın artırılmasına və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib
-
Sosial şəbəkələr və oyunlar: Yeni dövrün səssiz təhlükəsi













